Məcburi köçkünlərin yaşadığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verildi

Martın 11-də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə olaraq təbii qaz verilib. 

Bu barədə Oxu.Az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. 

Tədbirdə Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra Baş nazirin müavini Əli Həsənov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev qəsəbələrə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandırıblar.

 Oxu.Az

16:59