“Məcburi köçkünlər işıq istəyirdi, iğtişaş yox”

“Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə iğtişaş yox, elektrikin verilməməsinə etiraz olub. Bu barədə Turan agentliyinə dekabrın 22-də sakinlərin keçirdiyi etraz aksiyasından sonra barəsində 3 aylıq həbs qət-imkan tədbiri seçilən Ülvi Quliyevin atası Məhəmməd Quliyev bildirib. Quliyevin fikrincə, elektrik enerjisinin tez-tez kəsliməsi narazılığa səbəb olub.

“Qəsəbə sakinlərini 7-ci qəsəbədəki zala topladılar ki, daha elektirk kəsilməyəcək. Amma, toplantının başlanmasına az qalmış işlqlar yenidən kəsildi, bu isə ertirazları daha da gücləndirdi”, o qeyd edib. Onun sözlərinə görə, "sakinlər zaldan çıxdıqdan sonra avtomobili camaatın üzərinə sürdülər, həmin avtomobil də buna görə insanlar tərəfindən daş-qalaq edildi. Həmin avtomobil xidməti deyil, hadisələr iğtişaş olsaydı, polis maşınlarına da ziyan dəyərdi, amma xalq bu avtomobillərə toxunmayıb”.
Onun fikrincə, etirazın genişlənməsində polis əməkdaşlarının davranışı da az rol oynamayıb.

“Polisin insanlara qaba davranışı, nalayiq ifadələri hadisələri bir az da qızışdırdı”

M.Quliyev ətraf rayonlardan polis qüvvələri çağırılmasını əsassız hesab edir. Onun fikrincə, bunda məqsəd sadəcə kimlərinsə hadisənin miqyasını süni surətdə qabartmaq və həbslərə haqq qazandırmaq olub. O, Rayon icra hakimiyyətinin daşa basılmasından da danışıb: “Bu bir müamma idi. Başqa vaxt icra hakimiyyətinin həndəvərində bir daş belə tapa bilmirsən, amma hadisələr zamanı orada bir yük maşının həcmi qədər yumru daşlar vardı, elə bil kimsə qəsdən insanlara qarşı qızışdırıcılıq edirdi”.
M.Quliyevə görə, insanların etiraz etməkdə məqsədi yalnız elektirk enerjisinin verilməsinin bərpa edilməısi olub. O, deputat Astan Şahverdiyevin aksiyada iştirak edənləri “içkili, nəşəxor” adlandırmasını da qınayıb və deputatı yalan danışmaqda suçlayıb: “Əvvəla, aksiyada heç kəs içkili və ya nəşəli olmayıb, ikincsi bir anlıq təsəvvür edək ki, A.Saverdiyev düz deyir, onda sual yaranır ki, Cəbrayıl rayonunun polis rəisi olan Astan Sahverdiyevin qardaşı oğlu hara baxır?”
M.Quliyev sakinlərin etirazları barədə deputatın dediklərini əsassız sayaraq həbs edilənlərə qarşı irəli sürülən ittihamları uydurma adlandırıb.
Xatırladaq ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirib. Aksiyadan sonra dekabrın 23-də Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanılıb və onların barəsində hakimiyyət nümayəndəsinə müqavimət, iğtişaşlara törətmək, başqasının əmlakına qəsdən ziyan vurmaq maddəsilə ittiham irəli sürülüb. Dekabrın 24-də isə qəsəbə sakinləri Ülvi Qulieyv və İlkin İskəndərov eyni ittihamla həbs ediliblər.

Amerikaninsesi.org

 

12:21