Mayın 9-da Güney Koredə yeni prezident seçkiləri

 

Güney Kore Dövlət Şurasının martın 15-də keçirilən iclasında qəbul edilən qərara əsasən, ölkədə növbədənkənar prezident seçkiləri mayın 9-na təyin olunub.

Seçkilər prezident Pak Kın Xenin ölkədə baş verən korrupsiya qalmaqalı səbəbindən vəzifədən kənarlaşdırılmasına görə keçiriləcək. Güney Kore hökumətinin bu qərarı YTN telekanalının canlı yayımında elan edilib.
Sosioloji sorğuların nəticələrinə əsasən, Koreya Respublikasının prezidenti postuna ən perspektiv namizəd Demokratik Partiyanın keçmiş lideri Mun Çje İndir. O, 2012-ci ildə keçirilən seçkilərdə Pak Kın Xeyə məğlub olmuşdu.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

07:11