Mayın 28-i ABŞ-ın Meyn ştatının Portlend şəhərində Azərbaycan Milli Günü elan olunub
Amerikanın Meyn ştatının ən böyük şəhəri və Kamberlend dairəsinin inzibati mərkəzi olan Portlend şəhərinin meri İtan Strimlinq (Ethan Strimling) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.
Xudaferin.eu xəbər verir ki, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Həmçinin bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.
Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Həmçinin bəyannamədə bu il mayın 28-də ABŞ-da və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılmasına töhfələrinin xatırlanacağı bildirilir.
Sonda şəhərin meri İtan Strimlinq və Şəhər Şurasının üzvləri imzaladığı bəyannamədə 2018-ci il mayın 28-i Azərbaycan Milli Günü elan edilib.

17:17
Digər xəbərlər