“Mart soyqırımının tanıdılması üçün hələ də effektli üsullar tapa bilməmişik”

Qarşıdan Mart soyqırımının 100-cü ildönümü gəlir. Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında Mart soyqırımının dünyada tanıdılmasının vacibliyinə diqqət çəkib, bunun üçün atılması gərəkən addımları şərh edib:

“31 Mart soyqırımı millətimizə qarşı tarixdə törədilmiş ən qanlı faciələrdən biridir. Erməni-bolşevik bandalarının törətdiyi bu vəhşiliklərin dünyaya çatdırılması üçün görülən işlər nə qədər də olsa, yetərli sayılmamalıdır.

Xocalı soyqırımından fərqli olaraq, 31 Martın tanıdılması üçün effektli üsullar hələ də tapılmayıb. Məhdud auditoriyada bunların qeyd olunmasının rezonansı o qədər də böyük olmur. Təəssüf ki, bizdə film sənayesi inkişaf etmədiyindən yaddaşlara daha ciddi təsir edə biləcək film variantlarından istifadə edə bilməmişik. Diqqət daha qalıcı üsullara yönəldilməlidir. Bütün hallarda bu istiqamətdə tədbirlərin keçirilməsi faydalıdır və işlərə səbrllə davam etmək lazımdır”.

 

Seymur Əliyev

14:16