Marin Le Pen: “Avropa İttifaqından çıxan bir Fransa quraq",

 

Fransada prezident seçkilərinin ilk mərhələsinin nəticələrinə görə Yürüş Hərəkatının lideri Emmanuel Makron və Milli Cəbhə (FN) Partiyasının lideri Marin Le Pen ikinci tura qalıb. Heç bir namizəd prezident seçilmək üçün lazımi səsi toplaya bilməyib. Yürüş Hərəkatının sədri Emmanuel Makron səslərin 23,7 faizini qazanaraq səs çoxluğu ilə seçkidən birinci çıxıb. Həddindən artıq sağçı, Milli Cəbhə Partiyasının sədri Marin Le Pen isə 21,7 faiz səslə ikinci olub. Mərkəz sağdakı Respublikaçılar Partiyasının namizədi Fransua Fillon və həddindən artıq solçu namizəd Jan-Luk Melenxon isə 19,5 faiz səs toplaya biliblər.

Fransada ilk dəfə olaraq mərkəz sağ və mərkəz soldakı iki ana partiya prezident seçkilərindən kənarda qalıb. Prezident seçkilərinin ikinci mərhələsi 7 mayda keçiriləcək.

İlkin mərhələnin nəticələrindən sonra Milli Cəbhə Partiyasının sədri Marin Le Pen seçiciləriylə bir araya gələrək onlara təşəkkür edib və deyib: "Fransız xalqını peyğəmbər Yeliseyə aparacaq ilk mərhələ keçildi. Bu bir dəfə ələ düşən fürsətdir. Vəhşi qloballaşma mədəniyyətimizi təhdid edir. Əvvəlki kimi olaq: kütləvi köç, nizamsızlıq, terrorçuların rahat gəzməsi və təhdidin qarşısını almaq üçün sərhədli və Avropa İttifaqından çıxmış bir Fransa quraq."

Qeyd edək ki, prezident seçkilərinin ikinci mərhələsində qazanan namizəd 14 mayda prezident elan olunacaq və vəzifəni Fransua Olanddan təhvil alacaq.

Xudaferin.eu
“Avropa Bürosu”

19:19