Marağada Türk dili və ədəbiyyatı tədris olunacaq

 

Güney Azərbaycanın Marağa şəhərindəki yerli Universitetinin rektoru Məhəmməd Əli Lütfullahi basına veridyi açıqlamasında universitetdə Türk dili və ədəbiyyatı fənninin tədris olunacağını söyləyib. Rektor açıqlamasında onu da bildirib ki,"gələn semestrdən universitetdə türk dili və ədəbiyyatı fənni üzrə iki fənn tədris olunacaq. Türk dili dərsində iştirak bütün öyrəncilər üçün könüllü olacaq”- deyib.

Türk dili və ədəbiyyatı fənninin tədrisi ilə bağlı Marağa Universiteti ilə Elm, Təhqiqat və Texnologiya Nazirliyinin razılığa gəldiyini bildirən Məhəmməd Əli Lütfullahi əlavə edib ki, hazırda bu fənn Təbriz Universitetində tədris olunur və Marağa Universiteti də Türk dilinin tədrisi üzrə öncül universitetlərdən biri kimi Təbrizdən sonra bu fənninin tədrisinə başlayacaq.

Qeyd edək ki, 1979-cu il 23 Bəhmən İnqilabından sonra qəbul edilən Ana Yasanın 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də öyrədilməsində hər hansı maneənin olmadığı yazılır. Buna baxmayaraq İrandakı fars mərkəzli mollakratiya rejimi ölkədə yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Ana Yasada belə, qeyd olunan qanun maddələrini səthi də olsa  belə, tanınmır və Ana Yasanın 15-ci maddəsi bu günə qədər icra olunmayıb. Güney Azərbaycan Milli Hərəkatı hər ötən il ərzində daha da geniş vüsət aldıqca, bütün bunlardan mollakratiya rejimi də əndişələnir. Buna görə də, Güney Azərbaycan Milli Hərəkatının Azərbaycan Türklərinin danışan dili, haqqı uğrunda apardığı mücadilənin öndəri olduğuna görə, bir sıra tələblər xəsisliklə də olsa, addım-addım həyata keçirilməkdədir. Artıq Təbriz, Urmu, Zəngan, Ərdəbil, Qəzvin, Sulduz, Makı, Xoy, Meşkin, Mərənd, Culfa və başqa iri şəhərlərdə ana dilində tədris kursları açılmaqdadır, teatrlar yaranmaqdadır. Bir sıra mədəni təsisatlar qurulmaqdadır.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu” 

 

08:56