Marağa Universitetində Türkcə dərgiyə yasaq

Güney Azərbaycanın Marağa Universitetində təhsil alan öyrənvilərin ədəbi dərgisi olan  “Elin”in çapına ötən il İran mollakratiya rejimi tərəfindən yasaq qoyulsa da, aradan bir il keçməsinə baxmayaraq, hələ də dərginin çapına izin verilmir.

“XUDAFERİN.EU”ya daxil olan bilgilərə görə, “Universitet Nəşrlərinə Nəzarət Komitəsi”  “Elin” dərgisinin çapına yasaq qoymaqla yanaşı bu öyrənvi yayımının başqanı Milad Balsini haqqında açılmış davanı niversitetin İntizam Komitəsinə göndəridir. Nəzarət Komitəsinin Milad Balsini adına unvanladığı məktuba istinadən, dərginin məzmunu ilə bağlı komitə tərəfindən bəzi qeydlərin rəhbərliyiə, eləcə də çeşidli dövlət idarələrə bilgi verilməsinə baxmayaraq, dərgi çapını israrla davam etdiyi üçün nəşrin dayandırılması, başqan haqqında açılmış soruşdurma davası intizam komitəsinə göndərilmiş və indiyə kimi dərginin yenidən çap hüquqları pozulmaqda davam edir.
Dərginin çevrəsində baş verən olaylardan biri də, Marağadan İran parlamentinə seçilmiş  millət vəkili Mehdi Davatgəri “Elin” dərgisinə görə bir sıra dövlət idarələrinə şikayət edib.  Mehdi Davatgəri həm də mollakratiya rejiminin parlamentində Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvüdür.
Qeyd edək ki, dörd il öncə fəaliyyətə başlayan “Elin” dərgisi Marağa Bilimyurdunun (Universitet)  Türkcə Öyrənci Dərgisi”I kimi çap olunmaqla yanaşı, burada yer alan bütün yazılar başlıca olaraq, kimlik, ədəbiyyat, ana dili və azlıq hüquqları mövzularında olub.

Xudaferin.eu

09:11