Manata sitayiş edənlər

Manat (Menat da deyirlər), İslamöncəsi Kəbə bütlərdən hesab olunur. Bu gün millətimiz manata sitayiş dövrünü yaşamağa məhkum edilib. Dindarından kafirinədək bu ibadətə hər kəs könül verib. Biri din, biri Vətən, biri neft, biri xlor, biri adam, biri də özünü Manata satır.

Üç böyük ilahənin ən böyüyüdür. Qismət tanrısıdır. Nebatilər Manatı intiqam ilahəsi Nemesis ilə bir tutur və Hubalın arvadı olduğunu düşünürdülər. Manata tapınan ərəblər onun adına həcc edir, vəqfəyə hər kəslə birlikdə dururlar, saçlarını kəsdirmirdilər. Təvaf bitdikdən sonra Menatın bütünün yanına gəlir, orada saçlarını kəsdirirdilər. Ərəblər, Manata yağış yağdırması və düşmənlərə qarşı zəfər üçün dua edirdi. Manatın bütü və məbədi Məkkə ilə Mədinə arasında olan ərazidə idi. Onun bütünün ətrafında qurban kəsilirdi. Bütü və məbədi Sad ibn Zaid al-Ashhali tərəfindən məhv edilib. Rəvayətlərə görə imam Əli məşhur qılıncı Zülfüqarı Manatın məbədində tapıb.

Qeyd: Ərəblərin yeni doğulan qız uşaqlarını diri-diri basdırması qadınları kiçik görməsindən deyil, Lat, Manat və Uzzaya qız uşaqlarını qurban etmə istəyindən gəldiyi fikri söylənilir.

Bir dəfə bir dostum olmuş əhvalat danışdı. O, manatın hörmətli vaxtında, bir iş üçün birinə verəcəyi rüşvətin miqdarını üstüörtülü şəkildə soruşur: «Mən nə qədər sənəd gətirməliyəm?»

Məmur cavab verir ki, 10 sənədə həll edərəm, o da sənə görə. Dostum məmura deyir ki, amma sənədlər ingiliscə yazılıb. Məmur tələsik cavab verir: «Vallah mənim ingilis dili müəllimim zəif olub, ona görə də, ingiliscə oxuya bilmirəm. Sənədlərin milli dildə olması şərtdi»…

…Devolvasiya sonrası eyni məmura dostum zəng edir ki, 10 milli sənədi göndərimmi? Məmur deyir ki, milli nədi. Çox dediniz, ingilis dili müəllimi yanına getdim, ingiliscə əməlli-başlı qrıldadıram. Mən də Nəcməddin zad deyiləm ki, 30 ilə Azərbaycan dilini öyrənməyim? «Tak çto» sənədlər ingilis dilində olmalıdır!

…İndi Manatdan hamı üz şevirib ingiliscəni öyrənməyə girişiblər. Axırımız xeyir olsun… Heç bilmirəm ki, Dollar adlı büt olub, ya yox …

Olsa da, olmasa da ibadətə davam edin. Can gəldi gedərdi, dollardan muğayat olun!

X. Ədəboğlu

xudaferin.eu

20:11