Malların, işlərin və xidmətlərin alınması xərcləri 8,9% artırılır
2018-ci ildə dövlət büdcəsindən mal, iş və xidmətlərin alınmasına 3 mlrd 443,4 mln manat ayrılacaq. Bu, 2017-ci ildə gözləniləndən 8,9% çoxdur.
Hesablama Palatasının məlumatına görə, bu il həmin məqsədlə 3 mlrd 184,1 mln manat xərcləmək planlaşdırılıb. Amma bundan 23,9 mln manat az xərclənəcək. Ötən il hökumət dövlət büdcəsindən mal alınmasına 3 mlrd 174 mln manat xərcləyib. Ekspertlər bu vəsaitlərin bir hissəsinin müxtəlif korrupsiya sxemləri ilə talan edilməsindən dəfələrlə danışıb. Hesablama Palatasının hesabatında bunlar dolayı yolla təsdiq edilir. 2018-ci ildə təkcə yaşayış məntəqələrinin abadlaşdırılmasına 253 mln 752,1 min manat xərclənəcək. Bu, 2017-ci ildəkindən 87,6 mln manat çoxdur. Maraqlıdır ki, kommunal sektorda yüzlərlə dövlət müəssisəsi fəaliyyət göstərir. Amma tender adı ilə bu işləri guya özəl şirkətlər görür. Jurnalist araşdırmaları müəyyən edib ki, bu şirkətlərin çoxu kağız üzərindədir və ictimai vəsaitlərin "filtrasiyası" funksiyasını yerinə yetirir.

TURAN İA
10:26
Digər xəbərlər