Malayziya Quzey Kore səfirini sınırdışı etdi

 

Malayziya hökuməti Kore Xalq Demokratik Rsepublikasının Kuala-Lumpurdakı səfiri Kan Çxolu arzuolunmaz şəxs elan etdi.

Malayziya Kan Çxolun 48 saat ərzində ölkəni tərk etməsini gözləyir. Bu qərarın Quzey  Kore vətəndaşı, ehtimallara görə KXDR liderinin qardaşı Kim Çen Namın Malayziyadakı ölümü ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, başgicəllənməsi şikayəti ilə uçuş zalının əməkdaşlarına müraciət edən, sənədində Kim Çen Nam kimi qeyd olunan şəxs kiminsə arxadan ona yaxınlaşaraq üzərinə maye çilədiyini bildirib. Hava limanının tibb məntəqəsinə gətirilən şəxs burada güclü başağrısı hiss edib və xəstəxanaya aparılarkən yolda ölüb. Əldə olan məlumata əsasən, Kim Çen Nam sinir-iflicedici xüsusiyyətə malik kimyəvi silah sayılan zəhərləyici maddə (VX Nerve Agent) vasitəstilə qətlə yetirilib. Bu maddə BMT-nin təsnifatına görə kütləvi qırğın silahı sayılır.

Malayziya polisi isə hələlik Quzey Kore vətəndaşının ölüm səbəbi, onun şəxsiyyəti, zəhərli VX maddəsinin mənşəyi və qətldə KXDR-in əli olduğunu barədə tam sübut toplaya bilməyib.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

06:08