Makron Merkelin ayağına gedir: Le Penin sözləri doğru çıxdı?

 

Fransanın yeni prezidenti Emmanuel Makron ilk xarici səfərini Almaniyaya edəcək. Bu barədə Makronunun köməkçisi Sulvie Goulard deyib.
 

Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert də bildirmişdi ki, Fransada seçkinin nəticələri açıqlanan kimi Merkel Makrona zəng edib. Merkel telefonda Makrona “fransız-alman dostluğu çərçivəsində əməkdaşlığı davam etdirmək istəyirəm” deyib.

Makron mayın 14-də Fransua Ollanddan prezident səlahiyyətlərini təhvil alacaq.

Qeyd edək ki, Fransa mediası Makronun Almaniya səfərini seçkidə məğlub olan radikal “Milli Cəbhə” partiyasının lideri Le Pen seçki kampaniyasında dediyi sözləri yada salaraq şərh edib. Le Pen “Fransanı bütün hallarda bir qadın idarə edəcək. Qazansam, mən idarə edəcəm, qazanmasam, Merkel” deyə bildirmişdi.

Publika.az

 

10:03