Makedoniyada mühafizəkarların qələbəsi rəsmiləşdi

Makedoniyada keçirilən seçkilərdə mühafizəkarların qalib gəldiyi bildirilir. Onlara cüzi fərqlə əldə edilmiş qələbəsinə 714 seçicisi olan Teartse yaşayış məntəqəsində keçirilən təkrar səsvermə də mane olmayıb.

Makedoniyada parlament seçkiləri dekabrın 11-də keçirilmişdi. Rəsmi nəticələr göstərib ki, müxalifətdə olan sosial demokratlar səslərin 36.6 faizini toplayıb. Baş nazir Nikola Gruevskinin partiyasının isə 38.12 faiz toplamağa müvəffəq olub. Parlament seçkiləri dekabrın 11-də keçirilmişdi. Rəsmi nəticələr göstərib ki, müxalifətdə olan sosial demokratlar səslərin 36.6 faizini toplayıb. Baş nazir Nikola Gruevskinin partiyasının isə 38.12 faiz toplamağa müvəffəq olub. Sosial demokratlar seçki saxtakarlığı ilə bağlı etiraz bildirdikdən sonra Mərkəzi Seçki Komissiyası Teartse kəndində təkrar seçki keçirilməsi barədə qərar vermişdi. Paytaxtdan 50 kilometr aralıda yerləşən Teartse yaşayış məntəqəsində cəmi 714 seçici qeydiyyatdan keçib. Komissiya bildirib ki, təkrar seçkidə sosial demokratlar mühafizəkarlardan çox səs toplayıblar. Amma bu, onların parlamentdə mühafizəkarları üstələməsinə yetərli olmayıb. Rəsmi nəticələrə görə qalib hakim partiya olub.
Dekabrın 25-də keçirilən səsvermədən sonra Makedoniya MSK-sı N.Gruevski-nin VMRO-DPMNE partiyasının parlamentdə 51, sosial demokratların 49, N.Gruevski-nin müttəfiqi sayılan etnik albanlarınsa 10 yer əldə etdiyini bildirib.

Amerikaninsesi.org

18:15