Makedoniya NATO-ya üzv qəbul edilib

Makedoniya NATO-ya üzv qəbul edilib.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı protokol Belçikanın paytaxtı Brüsseldə imzalanıb.

Xatırladaq ki, Afina və Skopye 2018-ci il iyunun 17-də iki ölkənin sərhədində yerləşən Prespa gölünün sahilində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Prespa sazişi bu il yanvarın 11-də Makedoniya parlamenti, yanvarın 25-də isə Yunanıstan parlamenti tərəfindən təsdiqlənib.

Makedoniya Respublikasının adı ətrafında yaranan 27 illik mübahisə bu ölkənin Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına mane olurdu. Belə ki, vilayətlərinin birinin adı Makedoniya olan Yunanıstan Makedoniya Respublikasının adına qarşı çıxırdı. Bu səbəbdən Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra Makedoniya BMT-yə keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası adı ilə qəbul edilmişdi. Yunanıstan xəritələrində isə onun adı ölkə paytaxtının adı ilə - Skopye kimi qeyd olunurdu.

Xudaferin.eu

15:16