Mahmudəli Çehreqanlı BMT-yə müraciət etdi

GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) başqanı Dr. Mahmudəli Çehreqanlı, Birləşmiş Millətlər Təşkilatının İran üzərə özəl təmsilcisi xanım Asma Cahangirə 63 günlük aclıq aksiyasında bulunan Güney Azərbaycan Milli Hərəkatının fəalı Mürtəza Muradpur ilə ilgili çağrıda bulunubdur.

Məktubun bir üzü də BMT başqanı Pan Ki Mona göndərilibdir. Bu çağrıda Dr. Çehreqanlı Mürtəza Muradpurun bulunduğu haqsız durum və ağır sağlıq durumunu anladaraq ölüm təhlükəsinin olduğunu vurqulamış və onun dərhal həbsdən azad edilməsi üçün beynəlxalq birliyin dəstəyinin önə çəkilməsini qeyd etmişdir. Asma Cahangirin aracılığı ilə Birləşmiş Millətlər Təşkilatından İran rejiminin bu qədər qəddar davraınışına son qoymaq üçün hərəkətə keçməsini tələb etmişdir.

Xudaferin.eu

08:06