Madriddəki erməni restoranının menyusu İspaniyadakı gürcü icmasının etirazına səbəb olub

İspaniyanın paytaxtı Madriddə yerləşən “Gayanes” erməni restoranının menyusuna gürcü mətbəxinin nümunələrinin əlavə edilməsi bu ölkədə yaşayan gürcü icmasının etirazı ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Madrid şəhərindəki erməni restoranının müştərilərinə “xaçapuri” və “xinkali” təklif etməsi bu ölkədə yaşayan gürcü icmasını hiddətləndirib. İspaniyadakı gürcülər kütləvi şəkildə restorana zəng edərək, onun sosial şəbəkədəki səhifəsinə yazaraq gürcü mətbəxi nümunələrinin menyudan çıxarılmasını tələb ediblər. Restoran sahibinin bu yeməklərin gürcü mətbəxi nümunəsi kimi göstərildiyini deməsi də vəziyyəti sakitləşdirməyib. Gürcü icmasının fəalları “ermənilər qaraçı kimidirlər və oğurlamaq adətləridir” deyərək tələblərində israrlıdırlar.

Erməni restoranının sahibi İspaniya polisinə müraciət edərək gürcü icması tərəfindən hədələndiyini bildirib. Polis araşdırmaya başlayıb.

Aygün Əliyeva

AZƏRTAC

20:44