Macarıstandakı “Azərbaycan Evi”ndə Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Budapeşt şəhərində yerləşən “Azərbaycan Evi”ndə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Macarıstanda yaşayan həmvətənlərimizin iştirakı ilə tədbir keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbiri Macarıstandakı “Azərbaycan Evi”nin rəhbəri İbrahim Səfərli açaraq, tədbir iştirakçılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və ən xoş arzularını çatdıraraq bu bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.

Daha sonra tədbir musiqili proqram ilə davam edib. İlk olaraq “Azərbaycan Evi”ndə fəaliyyət göstərən uşaq xor dərnəyinin iştirakçıları həm yerli həm də xarici mahnılar ifa ediblər.

Musiqili proqram Budapeştdəki türk icmasının nümayəndələrinin bağlama alətində ifası ilə davam edib.

Tədbirin bədii hissəsi gitaranın müşayiəti ilə bir-birindən fərqli ifalarla yekunlaşıb.

Pərvanə Qarayeva

Xudaferin.eu

16:34