Ləyaqətsizliyin, şərafətsizliyin və manqurtluğun son həddidir bu...

Bu yaxınlarda bir əcnəbi dostumla söhbət edirdim, söhbətimin də əsas mövzusu hamımızın ağrılı yeri olan Qarabağla bağlı idi. Söhbət əsnasında o məndən istinad edə bilməsi üçün Qarabağ ilə bağlı tutarlı faktları özündə əsk etdirən ingilis dilində olan mənbələr istədi. Mən belə bir mənbə ona göstərə bilmədim.

Təsəvvür edirsiniz bu nə deməkdir?

Artıq 30 ilə yaxın zaman keçib, bu müddət ətzində bu qədər qrant layihələri, tədbirlər, müxtəlif dillərdə kitablar nəşr olunması üçün vəsait ayrılıb, amma əlimizdə hələ də tutarlı ingilisdilli mənbə yoxdur. Hətta digər dillərdə də Qarabağla bağlı axtarış verəndə fundamental bir tədqiqata, araşdırmaya rast gəlmək mümkün deyil.

 Amma mənfur ermənilər bütün dillərdə yalan-palan məlumatları yazıb hətta Google Scolarisə belə yerləşdirməkdən bele çəkinmirlər.

Bir nece il once mən Moskvada bir tədbirdə olanda iş adamları ilə görüş zamanı onlara sual verdim ki, siz Qarabağla bağlı hər hansı bir kitab yazılmasına dəstək vermisinizmi?

Cavab əvəzində qarşımdakı masaya bir neçə biznesmenin həyat və yaradıcılığını, hətta atalarının, babalarının fəaliyyətini, həyat yolunu özündə əks etdirən qalın-qalın kitablar düzdülər.

Ləyaqətsizliyin, şərafətsizliyin və manqurtluğun son həddidir bu...

Elman Mustafazade

14:47