“Lufthansa” İzmir-Münhen arasındakı birbaşa reysləri bərpa etdi

 

Almaniya hava yolu şirkəti “Lufthansa” İzmir ilə Münhen arasında birbaşa reyslər yerinə yetirməyə başlayıb.

“Lufthansa’nın Türkiyə üzrə direktoru Kamal Geçər reyslərin təqdim edilməsi üçün keçirilən mətbuat konfransında İzmir-Münhen uçuşlarının martın 30-dan sonra bərpa edildiyini, oktyabr ayınadək hər gün qarşılıqlı səfərlərin reallaşacağını söyləyib. Kamal Geçər iyul, iyun və avqust aylarında reys sayını 2-yə çıxarmağı planlaşdırdıqlarını bildirərək deyib ki, “Lufthansa”nın Türkiyədə 60-cı ilini qeyd edirik. 31 ildir də İzmirdən uçuşlar yerinə yetirilir. İzmirliləri Almaniya vasitəsilə Avropa, ABŞ və Afrikaya daşıyırıq.

Türkiyənin çox fəal və rəqabətin yüksək olduğu bir bazar olduğuna diqqət çəkən Geçər rəqib də olsa Türkiyənin güclü milli hava yolu şirkətinə sahib olması ilə fəxr etdiyini söyləyib.
Qeyd edək ki, Türkiyədə hakimiyyətdəki AKP iqtidarının yalnış siyasətinin ucbatından Almaniya-Türkiyə münasibətlərində xeyli dərəcədə soyuqluq yaranmışdı. Ancaq, hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının birgə səyləri nəticəsində son günlər baş vermiş  xoşagəlməz proseslər artıq arxada qalıb.

Xudaferin.eu
Türkiyə, “İzmir Bürosu”

 

06:16