Londonda yanğın nəticəsində ölənlərin sayı 30-a yüksəlib
Londonun qərbində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 30-a yüksəlib, 12 nəfər xəstəxanalarda ağır vəziyyətdədir. Bunu jurnalistlərə şəhər polisinin nümayəndəsi Stüart Kandi bildirib.
Kandinin dediyinə görə, polis hələ də ölənlərin sayının artacağını gözləyir. Şəhərin xəstəxanalarında 24 nəfər zərərçəkən qalır ki, onlardan yarısının vəziyyəti son dərəcə ağırdır. Xatırladaq ki, Londonun qərbindəki “Grenfell Tower” yaşayış binasında yanğın çərşənbə gününə keçən gecə baş verib. Çoxmərtəbəli bina demək olar, yanaraq külə dönüb. Evakuasiya edilmiş sakinlər müvəqqəti olaraq yaxınlıqdakı ictimai mərkəzlərdə, məscidlərdə və kilsələrdə yerləşdirilib.
Londonda hakimiyyət orqanlarının yanğınla bağlı fəaliyyəti etiraz doğurub
Hakimiyyət orqanlarının çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı fəaliyyətinə etiraz edən nümayişçilər polisin müqavimətini qıraraq Londonun Kensinqton və Çelsi inzibati dairəsi şurasının binasına giriblər. Etirazçılar hadisənin təqsirkarlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər. Sky News telekanalı şuranın binasında baş verənləri canlı yayımlayır.
Qeyd edək ki, Londonun qərbindəki 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında çərşənbə gününə keçən gecə baş vermiş yanğın nəticəsində azı 30 nəfər həlak olub, onlarla insan itkin düşüb. Hazırda xəstəxanalarda müalicə olunan zərərçəkənlərdən 12-nin vəziyyəti ağır olaraq qalır.

Xudaferin.eu
“Avropa Bürosu”
09:44
Digər xəbərlər