Londonda erməni diasporu ilə işləyən azərbaycanlılar

Eldar Bədəlov və onun həyat yoldaşı Nigar Mustafayevanın ermənilərlə geniş biznes

əlaqələrinin olduğu barəsində “XUDAFERİN.EU” saytına mühüm bilgilər daxil olub.  Təbii ki, bu onların hüquqları çərçivəsində olan məsələdir. Ancaq, bütün bunlarla yanaşı, qeyd etmək gərəkdir ki, şəxsi biznes və maraqlarla diaspor anlayışı heç çox zaman üs-üstə düşmür. Özəlliklə də ölkəmizin ərazilərinin işğalı və bir milyona yaxın vətəndaşın məcburi köçkün-qaçqın durumunu yaşaması hər bir azərbaycanlının “erməni məsələsi”ndə vicdan borcu deyilən anlama necə bağlı olmasından çox şey asılıdır. Özünü diaspor nümayəndəsi sayan hər bir soydaşımızın “erməni məsələsi”ndə bir qədər cidddi və məsuliyyətli olmasına çox böyük ehtiyac vardır. Bəzən insanlarımız beş-on quruşluq gəlir mənbəyinə görə, bütün milli dəyərlərimiz üçün gərəkən insani borcunu belə unudurlar. Elə bununla da milli fəlakətimiz damla-damla gölə çevrilir. Çıxılmazlıq sindromunu beləcə hamılıqla yaşamalı oluruq.     
Böyük Britaniyada yaşayan Azərbaycan vətəndaşları haqqında “XUDAFERİN.EU”-nun “London Bürosu”na şok informasiya daxil olub.İngiltərədəki diaspor təşkilatımızın aktiv üzvləri tərəfindən verilən məlumatda qeyd olunur ki, uzun zamandır Londonda yaşayan Eldar Bədəlovun ermənilərlə işbirliyindən bəhs olunur. Həmin məlumata  əsasən, qeyd olunur ki, Eldar Bədəlov Azərbaycan vətəndaşı Mustafayeva Nigar Surxay qızı ilə evlidir. Onların Maqsud və Leyla adlı iki övladı var. Mənbə bildirir ki, Eldar Bədəlov və həyat yoldaşı Nigar Mustafayeva İngiltərədə saxta sənədlər əsasında vətəndaşlıq  əldə  ediblər. Bununla belə, onlar hazırda Azərbaycan Respublikasının pasportuna və şəxsiyyət vəsiqəsinə də sahibdirlər. Deyilənə görə, Böyük Britaniyada rəsmi dövlət vəzifələrində çalışan cütlük tez-tez Bakıya gedib-gəlirlər. Onlar ölkəmizə daxil olanda Azərbaycan vətəndaşı pasportunu təqdim edir və ikili vətəndaşlıqları olduqlarını isə gizlədirlər. Bütün bunlar öz yerində.  Londondakı diaspor təşkilatımızın verdiyi bilgiyə görə, Eldar Bədəlov və həyat yoldaşı Nigar Mustafayevanın buradakı erməni diaspor təşkilatı və erməni işadamları ilə yaxın təmasdadırlar. Məlumata görə, onların arasında qaranlıq siyasi əlaqələrlə yanaşı, biznes münasibətləri də mövcuddur. Mənbə  deyir ki, Nigar Mustafayeva bu işgüzar əlaqələrə Bakıda yaşayan qardaşını (adını çox yaxında dəqiqləşdirməyə çalışacağıq– red.) da cəlb edib. Belə ki, onlar ABŞ-dakı erməni diasporunun dəstəyi ilə birjalarda qiymətli kağızların alqı-satqısı ilə məşğuldurlar. Bu məqsədlə  Azərbaycanda yaşayan bir çox şəxslərdən də zaman-zaman külli miqdarda pullar toplandığı vurğulanır. Beləliklə XIX əsrin sonlarında və XX əsrin əvvəllərində olduğu kimi, Fransa, İtaliya, ABŞ, Rusiya və başqa ölkələrdəki erməni diasporu addım-addım Azərbaycanda bir sıra səhmlərə dolayı yolla sahib çıxmışdılar. İndi bu siyasəti rəsmiləşdirmək üçün bir sıra soydaşlarımızın tamahkarlığından istifadə edərək bu addımı atmağa başlayıblar. Əgər durum belə davam etsə, çox yaxın zamanda ermənilər nəinki işğal altında inləyən ərazilərmizdə, eləcə də paytaxt Bakıda belə, kütləvi şəkildə mülkiyyət sahibi olduqları iddiası ilə gündəmə gələcəklər.
P.S. Bu mövzu ilə  bağlı araşdırmalarını davam etdirəcəyik. Yaxın günlərdə  daha  ətraflı açıqlama verməyə çalışacağıq.

Xudaferin.eu

18:05