Londona ilk dəfə qadın polis rəisi təyin olunub

London şəhəri polisinin 188 illik tarixində ilk dəfə qadın rəis təyin olunub.

“Report” “dw”yə istinadən xəbər verir ki, 56 yaşlı Kresida Dik London Şəhər Polis İdarəsinə, “Skotlend-Yard”a başçılıq edəcək.

Məlumata görə, şəhər meri Sadik Xan bu hadisəni “London tarixində tarixi gün” adlandırıb.

Xəbərdə bildirilib ki, Kressida Dik 30 ildən artıqdır polis işləyir. O, Oksford Universitetinin məzunudur. Bundan əvvəl o, Britaniya Xarici İşlər Nazirliyində vəzifə daşıyıb. Hazırda onun tabeliyində 43 min polis əməkdaşı var. 

Xudaferin.eu

20:00