LOGİSTİKA VƏ TİCARƏTİN YOL XƏRİTƏSİ

 

“Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdirilmiş 12 strateji yol xəritəsindən biri “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Bütövlükdə bu xəritə ölkəmizin coğrafi vəziyyətindən, mövcud nəqliyyat qovşaqları və dəhlizlərindən necə yararlanması barədədir”.

Bunu hüquqşünas Əkrəm Həsənov “facebook” səhifəsində yazıb: “Faktiki olaraq sabiq Nəqliyyat Nazirliyinin görməli olduğu işlər haqdadır. Ruslar demişkən, mərhum haqqında ya yaxşı danışmalı, ya da heç nə. Buna görə də bu dəfə çox lakonik olacağam. Ədalət naminə demək lazımdır ki, bu xəritədə yeni heç nə yoxdur. Son illərdə bəyan edilən hədəflər cəm halında izah edilib: tranzit ticarət həcminin artırılması, azad ticarət zonasının fəaliyyətinin təşkili, logistika və ticarət mərkəzlərinin yaradılması, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların artırılması, Ələtdə yeni liman kompleksinin, Bakı-Tbilisi-Qars və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması və s. və i.a. Xəritəyə əsasən bunlara nail olmaq üçün işçi qruplar yaradılacaq və hədəflər müəyyən ediləcək (yəni xəritədən əlavə də “palaz” boyda sənədlər yazılacaq), normativ baza təkmilləşdiriləcək (yəni əcnəbi qanunlar köçürüləcək), xarici ekspertlərlə əməkdaşlıq ediləcək (yəni məmurlarımız çoxsaylı xarici ezamiyyətlərə göndəriləcək), investisiya planları işlənəcək (yəni nəinki icra edənlər, həmçinin tərtibçilər də dolanacaq) və s. və i.a. Bütün bunlara 3,16 milyard manat vəsait xərclənəcək. Amma Nəqiyyat Nazirliyinə o vəsaiti görmək qismət olmadı. Fiziki yollarımız və onların xəritələrindən fərqli olaraq, strateji yol xəritələri bu nazirlik üçün düşərli olmadır”.

Hurriyyet.org

 

10:01