Lənkəran Teatrı Həmədan səhnəsində

 

24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında iştirak edəcək. Festival dekabrın 1-dən 6-dək Güney Azərbaycanın Həmədan şəhərində keçiriləcək.

Teatrın kollektivi tamaşaçılar qarşısına gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri ilə çıxacaq. Tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa ediəcəklər. Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu səhnə əsərində keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.
Güney Azərbaycanın ən qədim şəhərlərindən biri olan Həmədanda ilk dəfə olaraq, Azərbaycanı təmsil edən Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı bu şəhərdə ana dilində teatr tamaşası ilə çıxış edəcəkdir. Həmdəndan daxil olan bilgilərə görə, Lənkəran Teatrının tamaşalarına baxmaq Güney Azərbaycanın Zəngan, Qəzvin, Savə, Məşhəd və digər şəhərlərindən də tamaşaçı axını başlamışdır.
 

Xudaferin.eu

"Lənkəran Bürosu"

 

10:35