Əliyev administrasiyası keçmiş və gələcək arasında

Dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevin çoxdan gözlənilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin əsas istiqamətləri” proqram sənədini imzalaması həm rejimin təbliğat maşınının, həm də Qərbin diqqətindən kənarda qaldı.tutur. Yol xəritəsinin işlənib hazırlanmasında iştirak edən Avropa İttifaqıda, ABŞ da ilk baxışda əhəmiyyətli görünən bu strateji sənədi diqqətdən kənarda qoydu. Dövlət informasiya agentliyinin saytında yerləşdirilmiş sənədin səthi təhlili (dərindən tədqiq edəcək bir şey yox idi) göstərir ki, onun məzmunu və mahiyyəti layihənin bu ilin yazında anons edilmiş məqsəd və vəzifələrindən xeyli fərqlənir. Məsələnin müəyyən araşdırmaları bir faktı üzə çıxardı ki, Vaşinqtonun tövsiyə etdiyi və rəsmi Bakının cəlb etdiyi McKinsey məşhur konsaltinq şirkəti layihənin hazırlanmasının yekun mərhələsində prezident Əliyevin administrasiyası aparatının nüfuzlu hissəsi tərəfindən islahatlara qarşı müqavimətlə üzləşərək, layihəni tərk etdi.

İslahatların ideyası tamamən məzmunu itirərək, Amerikalı layihə müəlliflərinə başqa çıxış yolu qoymayıb. İctimaiyyətə təqdim edilən xəritə ölkənin dərin və alçaldıcı böhrandan çıxışı haqqında taktiki qərarlara baxışı vətəndaşlara açıqlaya bilməyib. Yüz səhifədən çox həcmi olan icmal, – sənədi məhz belə səciyyələndirmək olar, – əsasən keçmişin şanlı neft dollarlarından və çox da aydın olmayan, dumanlı firəvan gələcəkdən bəhs edir. Bugünlə bağlı yalnız pul, maliyyə və s. sabitliyinin qorunub saxlanması haqqında cəfəngiyyat var. İnkişaf haqqında heç nə deyilmir. Sənəddən belə bir nəticə çıxır ki, Əliyev komandası keçmişdə, bəzən isə gələcəkdə yaşayır, özünü böhran vəziyyətində olan ölkənin xoşagəlməz adi günlərindən kənara çəkir. Bu, yanlış problemlərdən qaçma və özünütəcrid siyasətidir. Ömər Xəyyamın ibarəli şeirlərində dəfələrlə müxtəlif şəkillərdə çox müdrik mənası olan mesaj xüsusi olaraq ifadə olunur, onun mənası qısaca belədir:
1. Keçmişi unutma, amma keçmişdə yaşama,
2. Gələcək haqqında düşün, amma gələcəkdə yaşama.
3. Bu gün yaşa.
Daha sərt tərif də var: keçmiş yoxdur, gələcək isə olmaya da bilər. Beləliklə, rejimin yol xəritəsində məzmunu dolduran durğunluq istisna olmaqla, bu günün dinamikası yoxdur. Biznes ictimaiyyətinə azadlıq verilməsinə, onun icra hakimiyyətinin özbaşınalığından hüquqi müdafiəsinə yönəlmiş əsas tədbirlər sənəddə əksini tapmayıb. Bu da sənədi mənasıs və hüquqi cəhətdən nəticəsiz edir. Bu isə o deməkdir ki, bu hakimiyyət Azərbaycanda real və operativ islahatlar həyata keçirmək niyyətində deyil. Xəritə bir daha Əliyev komandasının hakimiyyətdən azad orta sinfin, kiçik sahibkarların formalaşmasında, bunun əksər hissəsini hələlik hakimiyyətdən asılı olan özəl sahibkarlar təşkil edən bütün cəmiyyətin nəzarətdən çıxmasına gətirib çıxara biləcəyi təhlükəsi gördüyü haqqında fikirləri təsdiq edir. İqtisadi azadlıq verilməsi mütləq siyasi azadlıq və seçim azadlığı zərurətini gündəliyə gətirəcək, bu zaman hakimiyyət olimpində hazırki elitaya yer tapılmaya bilər. Bu, hətta ölkə üçün təhlükəli olan böhran şəraitində belə cəmiyyətlə güzəştlərə getmək istəməyən komandanın əsas motivasiyasıdır.
Hazırki rejimi psixoloji cəhətdən anlamaq olar – ölkənin 23 illik idarəetməsi əbədi minillik reyxə, onun sarsılmazlığına əminlik yaradıb. Bütün bu müddət ərzində yaranan siyasi hakimiyyət və maliyyə kapitalının qarışığından ibarət oliqarx sistemi məğlubiyyəti etiraf edə bilmir, təkcə iqtisadi böhran deyil, dövlətin yaşadığı sistem böhranı da bunun parlaq nümunəsidir. Mahiyyətcə administrasiyanın əməlləri qəzaya uğrayan gəminin qorxuya bürünmüş komandasının hərəkətlərini xatırladır. Vəziyyətin dəyişməyəcəyi və ya yaxşıya doğru dəyişməyəcəyi baxımından deyil, prosesi artıq sırf köhnə fikirli prezident komandasının idarə etməyəcəyi baxımından dəyişikliklər fürsətinin əldən buraxıldığını düşünmək olar.

Məsələnin tarixi ilə bağlı:

2016-cı il martın 16-da prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin əsas istiqamətləri”ni təsdiq etmək barədə sərəncam imzalayıb. Bu, iqtisadiyyatın hazırki vəziyyətinin təhlili və həyata keçirilmiş iqtisadi siyasətin sabitliyinin və islahatların təmin edilməsi üçün iqtisadi inkişafın yeni strategiyasının hazırlanması zərurəti ilə əsaslandırılıb. Prezientin yeni təyin edilmiş köməkçisi və keçmiş 2 nömrəli vergi işçisi Natiq Əmirovun başçılığı ilə İşçi Qrup yaradılıb. İşçi Qrupa 6 ay ərzində strateji iqtisadi inkişaf layihəsi və 2016-2020-ci illər üçün tədbirlər planı, 2025-ci ilə qədərki dövr üçün uzunmüddətli icmal layihəsi, habelə 2025-ci ildən sonrakı dövr üçün məqsədli icmal layihəsi hazırlamaq tapşırılıb. Proqramın hazırlanmasına Amerikanın McKinsey & Company şirkəti – strateji idarəetmə ilə bağlı vəzifələrin həllində ixtisaslaşan beynəlxalq konsaltinq şirkəti də cəlb edilib.
Böyük “Yol xəritəsi” matryoşka kimi iqtisadiyyatın sahələrinin inkişafı üzrə 11 strateji “yol xəritəsindən” ibarətdir. Administrasiyada hesab edirlər ki, xəritənin həyata keçirilməsi dünyada Azərbaycanın iqtisadi mövqelərini möhkəmləndirəcək və gəliri yüksək səviyyədə olan ölkələr sırasına daxil olacaq. Layihənin həyata keçirilməsi üçün lazım olan investisiya 27 milyard manat (təxminən 18 mlrd. dollar) olaraq dəyərləndirilir, bunun böyük hissəsi xarici borcların payına düşür.

Turan Analitika Xidməti

12:49