Əlilliyi olan şəxs: "6 nəfər 192 manatla necə yaşasın?"
Bir qrup əlilliyi olan şəxsə çərşənbə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla görüşdükdən sonra "birdəfəlik yardım ediləcəyi" ilə bağlı vəd verilib, “BBC Azərbaycan”a danışan şəxslər bildirib.
Ötən həftədən bəri etirazçılar deyirlər ki, onların 2 tələbi var: əlilliyi olan şəxslərin kommunal xərclərdən azad olunması və minimum əmək haqqı və pensiyaların qaldırılması. Onlar verilən müavinətlə dolanmağın çətinliyindən danışaraq qeyd edirlər ki, müavinətlər son aylarda ya gecikdirilir, ya da bir aydan bir ödənilir.
Çərşənbə axşamı nazirlə görüşən Zaur Hacılı “BBC Azərbaycan”a deyib ki, nazir tələblərin hamısının yerinə yetirilməsi üçün “büdcənin mövcud olmadığını” deyib.
“Nazir dedi ki, işsizlikdən sığorta qanunu var ki, o barədə Milli Məclis qərar qəbul etdikdən sonra, həmin büdcənin yaranması üçün zəmin yaranacaq”, o bildirib.
I qrup əlilliyi olan Rafael Quliyev də nazirlə görüşə bilənlərdəndir. O deyir ki, görüş zamanı verilən ikinci vəd ən çox ehtiyacı olanlara birdəfəlik yardımdır.
“Biz siyahı təqdim edəcəyik, ən çox ehtiyacı olan şəxslərə birdəfəlik yardım ediləcək”, o deyir.
Vətəndaşlar bildirib ki, bu vədlər yerinə yetirilmədiyi halda yenidən etirazlara davam edəcəklər. Nazirliyin mətbuat xidməti məsələ ilə bağlı BBC Azərbaycancaya şərh verməyib. "İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsi Milli Məclisin 13 iyunda keçirilmiş plenar iclasda müzakirəyə çıxarılıb və I oxunuşda qəbul edilib. Qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.

BBC
16:34
Digər xəbərlər