Yazıçı-publisist, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
İştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar. Xalq artisti Nurəddin Mehdixanlının aparıcısı olduğu tədbirdə çıxış edənlər yubilyarı təbrik edib, onun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb. Onun bədii əsərlərində Qarabağ mövzusu mühüm yer tutur, yaradıcılığının leytmotivində Vətənə sonsuz sevgi dayanır. Bütün bunlarla yanaşı, onun mühüm fəaliyyətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. O, daim dilimizin saflığının qorunmasına çalışıb.
Qeyd olunub ki, Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açan Əli İldırımoğlu yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, ikihissəli “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
Qırx il mətbuatda jurnalist kimi çalışdıqdan sonra 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Daş yağan gün” və digər dəyərli əsərlərin müəllifi Əli İldırımoğlunun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır.
Çıxışlarda Əli İldırımoğlunun jurnalistlik fəaliyyəti, Azərbaycanın mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi, yaradıcılığının doğulduğu yurda sonsuz sevgi ilə yoğurulması xüsusi vurğulanıb. Yubilyar xalqının bütün ali keyfiyyətlərini özündə cəmləşdirən nadir qələm adamlarından biri kimi səciyyələndirilib.
Tədbir iştirakçıları Əli İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə yazıçının fikirlərinə və xatirələrinə geniş yer verilib. Yubiley gecəsi xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunub. Sonda çıxış edən Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Əli İldırımoğlu: mənalı ömrün akkordları

Xudaferin.eu
"Bakı Bürosu"
10:27
Digər xəbərlər