“Ələhvaz Ərəb Qurtuluş Hərəkatı” sepahı silahla taran etdi

Ötən həftənin bazar günü İran mollkratiya rejiminin işğalında olan Ələhvaz bölgəsinin Əhvaz şəhərində “Ələhvaz Ərəb Milli Qurtuluş Hərəkatı” öz milli azadlıqları və haqları uğrunda açıq şəkildə mücadiləyə qalxdığını elan etmişdir. Bu amacla Əhvaz şəhərində böyük bir eyləm gündəmə gətirib. İran mollakratiya rejimninin qatı diktatorlarından olan və ölkə prezidenti vəzifəsini daşımış Haşımi Rəfsancaninin 82 yaşında ölməsi nədəni olaraq bölgədə düzənlənən anım törəni üçün ayarlanan məkanları gülləbaran etmişlər. Bu məsələdə taranma olaylarınıda öz üzərlərinə götürmüşlər.

“Ələhvaz Qurtuluş Ərəb hərəkatı”nın rejimə qarşı silahlı mubarizə aparan  qurumun liderlərindən olan Həbib Əsyud təşkilatın veb saytında bu yöndə açıqlamalar verərək bildirib ki: “Təşkilatin silahlı qolu olan “Şəhid Məhyədin Ordusu”  janvar ayının 9-da axşam saatlarında Əhvaz şəhərinin muxtəlif yerlərində rejimə qarşı silahlı çatışmalara qatılıb. Fars-mollakratya rejiminin Sepah bölmələrinə ağır zərbələr vurulub. Ələhvaz bir ərəb bölgəsi olaraq illərdir Tehran rejiminin işğalı altındadır. 90 ildən çoxdur buranın ərəb mənşəli əhalisinin farslaşdırılması siyasətləri yürüdülür. Bizlər nə farslaşmaq, nə də iranlılaşmaq ideyalarını qəbul etmirik. Bizim torpaqlar bir ərəb yurdudur. Ələhvaz bölgəsinin başkəndi də Əhvazdır. Fars rejiminin Sepah qolu Rəfsəncani üçün anım törəni keçirmək istəyirdi və bunun üçün özəl hazırlıqlar aparırdı. Bizdə də o məkanları taradıq və bu törənin keçirilməsinə mane olduq. Apardığımız eyləmlər sonucu olaraq mollakratiya rejimnin silahlı cəza dəstəsi Sepah terrorçularından çox sayda ölənlər və yaralananlar oldu. Bizim eyləmlərimiz zamanı İran mollakratiya rejiminin silahlı qoruyucu dəstəsi olan Sepahın hərbi kazarmaları və idarələri partladılmışdır”.
Həbib Əsyud  açıqlamasında onuda bildirib ki: ““Ələhvaz Ərəb Qurtuluş Hərəkatı”nın bu eyləmlərini sübut edən video görüntülər çox yaxında sosial şəbəkələrdə yayınlanacaq.    Biz 2017-ci ili İran mollakratiya rejimi üçün dar edəcəyik. Ona bundan sonra daha ağır və sarsıdıcı zərbələr vuracağıq”.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

16:35