Əlcəzair portalı: Azərbaycanın xarici işlər naziri işğaldan azad olunmuş ərazilərin bərpasının prioritet məsələ olduğunu bildirib

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında işğaldan azad olunmuş ərazilərimizin bərpası ilə bağlı bəyanatı yayımlanıb.
Xudaferin.eu AZƏRTAC-a istinadla yayılan xəbərdə ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, nazir C.Bayramov Azərbaycanda bütün sahələr üzrə islahatlar həyata keçirildiyini, ölkəmizin postmüharibə dövrünə qədəm qoyduğunu və işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasının dövlətin prioritetlərindən olduğunu bildirib.
Portalın xəbərində diqqətə çatdırılıb ki, nazir məqsədin Azərbaycanı ekoloji cəhətdən təmiz, yaşıl ölkəyə çevirmək olduğunu qeyd edib və işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, “ağıllı” kəndlər, şəhərlər, parklar salınması barədə məlumat verib.
Oqtay Bayramov

Xudaferin.eu

23:02