Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu
Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu sən hansı ölkənin səfirisən?
Lider TV-nin Rusiyadak müxbiri Anar Həsənovun işindən kənarlaşdırıldığı bildirilir. 4 gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun açıq danışmasına və “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verməsinə səbəb olmuş jurnalistin bu hərəkəti bəzi dairələrdə narahatlıqla qarşılanıb.
Əldə etdiyimiz bilgilərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalist xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi ilə iki ölkənin dostluq münasibətlərinə xələl gəlib. Səfir jurnalistin sualını "təxribatçı sual" kimi dəyərləndirib.
Ancaq ölkəmizdə fəaliyyət götərən politoloqların, eləcə də televiziya mütəxəssislərinin fikrincə,jurnalist Anar Həsənov ölkəmiz üçün çox faydalı olan bir hərəkət edib, rusiyalı nazirin təmsil etdiyi dövlətin Qarabağ məsələsində siyasi xəttinin nədən ibarət olmasını regiona və dünyaya göstərilməsinə səbəb olub.
Xatırladaq ki, həmkarımzın Lavrova ünvanladığı sual aşağıdakı kimi olub: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”
Lavrovun bu suala nə cavab verdiyi isə yuxarıda verilib. Üstəlik 5-ci gündür ölkə mediası və sosial şəbəkələr bu məsələyə fokuslanıb.
Qeyd edək ki, bundan öncə Polad Bülbüloğlu “sülh və dialoq marşı” adı altında dəfələrlə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərlər edib. Belə bir qondarma “sülh missiyası” təşəbbüslərinin heç bir nəticəsi belə olmamışdır. Onun son vaxtlar Gürcüstanın ərazi bütövlüyünə qəsd edən separatçı “Güney Osetiya” rejiminin dəvəti ilə “müğənni” (oxu: MANIS) kimi konsertlər verməsi də qətiyyən yolverilməz addımlardan biri idi. Polad Bülbüloğlunun belə bir təşəbbüsə qoşulması Gürcüstanda dərin nifrətlə qarşılanmışdı. Bu gün “Lider TV”nin Moskva müxbiri Anar Həsənovun bir azərbaycanlı kimi cəsarətli addımı da Polad Bülbüloğlunun “qəzəbi”nə tuş gəlib. Adamdan bir soruşan gərək: “Sən hansı ölkənin səfirisən?”

Cebhe.info
11:05
Digər xəbərlər