Laçında iki hərbi qulluqçumuz minaya düşüb

Qubadlı hərbi prokurorluğu Laçın rayonunda iki hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə bağlı araşdırmalara başlanılıb.

Xudaferin.eu

23:36