Laçın-Xankəndi yolu: Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst keçirlər

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 134-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, sülhməramlılara məxsus 2 minik, 8 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Bundan əvvəl isə sülhməramlılara məxsus 2 tibbi avtomobil Laçın istiqamətinə keçib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Xudaferin.eu

15:51