LAÇIN ŞƏHƏRİNİN “MDB"-nin MƏDƏNİYYƏT PAYTAXTI OLMASININ SİYASİ ƏHƏMİYYƏTİ.....

3 iyun 2025-ci il tarixində Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərində “MDB-nin [ MDB - Müstəqil Dövlətlər Birliyi ] mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu ; birliyə üzv digər ölkələrdən rəsmilər, mədəniyyət və elm xadimləri, media mənsubları iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri birliyin "mədəniyyət paytaxtı" elan edilib.
Adil Kərimli deyib ki :
"Paytaxt ili" ilə bağlı bu qərar bizim üçün böyük sosial-mədəni əhəmiyyət kəsb edir və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesində beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin bariz təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilərdə işğal zamanı dağıdılıb talan edilmiş tarixi-mədəni irsin bərpası da diqqətdə saxlanılır."
Mixail Şvıdkoy Laçın şəhərinin MDB-nin "mədəniyyət paytaxtı" elan olunması ilə bağlı sertifikatı Məsim Məmmədova təqdim edib.
Sonra Laçın rayonu ilə bağlı videoçarx nümayiş etdirilib.
Videomaterialda Laçının işğal zamanı məruz qaldığı dağıntıların görüntüləri, həmçinin işğaldan azad olunduqdan sonra rayonda həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən kadrlar yer alıb.
Laçın şəhərinin MDB-nin "Mədəniyyət paytaxtı"elan olunması və Rusiya Prezidentinin Beynəlxalq Əlaqələr Üzrə Xüsusi Nümayəndəsi - Mixail Şvidkoyun Laçın şəhərinin MDB-nin "Mədəniyyət paytaxtı" elan olunmadı ilə bağlı "SERTİFİKATI" Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova təqdim etməsinin çox böyük TARİXİ VƏ SİYASİ əhəmiyyəti vardır.
Bu FAKTLA 200 il bundan əvvəl , 1828-ci il "TÜRMƏNÇAY"
müqaviləsindən sonra İran , Suriya və Yaxın Şərqin digər ölkələrində yaşayan qaraçı erməniləri Azərbaycan ərazilərində məskunlaşdıran Rusiya ; QARABAĞIN və LAÇINlN Azərbaycana məxsus olduğunu ETİRAF etmiş oldu.
Bu Prezident İlham Əliyevin yütütdüyü uzaqgörən siyasətin və Azərbaycanlıların tarixi qələbəsidir !

Qəvami Sadıqbəyli,
Xudaferin.eu

00:31