KXCP-nin (Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası) mənzil qərargahında Bakı, Sumqayıt və Ərazisi işğal olunmuş rayon – şəhər şöbə sədrlərinin və fəallarının genişləndirilmiş müşavirəsi keçirilib. Müşavirə Azərbaycan Dövlət himninin oxunması və şəhidlərimizin xatirəsini yad etməklə başlayıb.
Tədbirin əvvəlində Nəsimi rayon şöbəsinin veteranlarından əzmkar hərəkatçı Rəfiqə xanım söz alaraq illər öncə yubiley yaşıyla bağlı ona hədiyyə edilmiş üzərində Bütöv Azərbaycan və Elcibəy sözləri yazılmış divar saatını KXCP sədri Mirmahmud bəyə hədiyyə etdi. Rəfiqə xanım çıxış edərək bildirdi ki: “Mən vacib bilirəm ki, bu hədiyyə Elcibəy ocağında - KXCP-də qalmalıdır. Ona görə də bu dəyərli hədiyyəni sizlərə təqdim edirəm”.
KXCP sədri Mirmahmud Mirəlioğlu Rəfiqə xanıma öz təşəkkürünü bildirdi və söylədi ki, illər öncə bir çox cəbhəçilər, o cümlədən, ilk dəfə Azərbaycanın üçrəngli bayrağının Meydan Hərəkatı zamanı dalğalandıranlardan biri olan Gültəkin ana da öz arxivini Klassik Xalq Cəbhəsi Partiyasına təqdim edib.
Müşavirədə KXCP sədri Mirmahmud Mirəlioğlu ölkədə yaranmış ağır siyasi və acınacaqlı iqtisadi vəziyyətdən, son günlər Xəzər dənizində neftçilərin faciəli şəkildə həlak olması haqqında ətraflı çıxış etdi. KXCP sədri çıxışında ölkədə baş verənlərdən mövcud hakimiyyətin məsuliyyət daşıdığını qeyd etdi. Daha sonra bildirildi ki, bu gün Qarabağ probleminin həlli istiqamətində hər hansı bir ciddi uğurlar gözlənilmir. Bunun da səbəbi beynəlxaql birliyi təmsil edən böyük gücvlərin Qafqazda baş verən proseslərə öz maraqları çərçivəsində yanaşmasıdır. Ona görə də məsələsinin sülh yolu ilə həll edilməsi “dondurilmuş eütnik münaqişələr” səviyyəsində qalıb. Bu yöndə Azərbaycanın iradə göstərməsi ən doğru yol hesab olunur. Azərbaycan xalqı heç bir zaman Qərbin bir iradə kimi ortaya qoyduğu şərtlərə razı olmayacaq. Qərb vətəndaş cəmiyyəti və xalq diplomatiyası adı altında Azərbaycanın işğal olunmuş ərazilərinin unutdurulması kimi dərin siyadətlər aparır. Bu da, öz növbəsində qəbuledilməz hallardan biridir. Müşavirədə eyni zamanda partiyanın təşkilatlanma işinin sürətləndirilməsi ilə bağlı tədbir iştirakçıları ətraflı çıxış etdilər.
KXCP Qarabağla bağlı müşavirə keçirdi

Xudaferin.eu
00:37
Digər xəbərlər