KXCP 2017-ci ilin fəaliyyət prioritetlərini təsdiq etdi
KXCP (Klassik Xalq Cəbhəsi Partiyası) ötən gün İdarə Heyətinin yığıncağını keçirib. Partiyanın mətbuat xidmətindən XUDAFERİN.EU-ya daxil olan məlumata görə, yığıncaqda ölkədəki ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin toplantısında, KXCP Ali Məclisinin 24 dekabr 2016 -ci il tarixli sessiyasında əsasən qəbul edilmiş Klassik Xalq Cəbhəsi Partiyasinin 2017-ci il üçün fəaliyyət istiqamətlərinə əlavə və düzəlişlər müzakirə edilmişdir.
Partiyanın İdarə Heyətinin toplantısında dünyada və yaxın Şərqdə baş verən hadisələr, Türkiyədə sonu bilinməyən, durdurulması çətinləşən terror hadisələri və regionda baş verən hadisələr ətrafında müzakirələr aparılmışdır. KXCP İdarə Heyəti bir daha Türkiyənin haqlı mübarizəsində qardaş Türk xalqının yanında olduğunu bəyan etmişdir. İdarə Heyətinin yığıncağında Azərbaycan iqtidarının bütün sahələr üzrə yürütdüyü siyasətin uğursuzluğu müzakirə edilmiş, uyğun qərarlar qəbul edilmişdir.

Xudaferin.eu
16:40
Digər xəbərlər