Kuzey Kıbrısda yeni hərəkata başladıldı

 

“Yenidən Doğuş Partiyası” (YDP) bu prosesin başında duracaq

 

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yunan Kipri ilə birləşdirilməsi yönündə BMT-nin rəhbərliyi altında aparılan siyasətin sonucu olaraq, adadakı iki dövlətin oluşdurulması Türk xalqının milli çıxarılarına qarşı olduğu üçün sərt təpkilər gündəmə gəlməkdədir. Buna görə də, Yenidən Doğuş Partiyası təsis olunub. Partiyanın quruluş toplantısında qeyd olunub ki, 1930-1970-ci illər aralığında Kiprdə hakimiyyətdə olan və yunanların aşırı dərəcədə irqçi siyasətinə qarşı Türk xalqı uzun müddət milli mücadilə aparmışdır. Sonunda 1974-cü ildə Quzey Kıbrıs Türk Cümhuriyyəti elan edilmişdir. O dönəmdən başlayaraq, adada hər hansı bir xalqın hüququnun tapdalanması, irqçilik və vətəndaş haqlarının tapdalanması olayları da müşahidə olunmamışdır.
Qurultayda professor, doktor Erhan Artıklı Yeni Doğuş Partiyasının başqanı seçilmişdir. Erhan Arıklı bildirmişdir ki, bizim partiya burada Türkiyəlilərin deyil, haqqı qəsb edilən, daim uluslararası siyasətlərdə varlığı qapı dışında saxlanılan Kuzey Kıbrıs Türklərinin milli varlığının var ölüsü üçün mücadilə aparacaqdır.
Qurultay iştirakçıları bildirmişlər ki, Kuzey Kıbrıs üçün daim çətinliklər yaradan hər hansı bir siyasətə qarşı olacaqlar. YDP bir partiya olaraq, cümhuriyyətçilik dəhyərlərinin öndə olmasına, Kıbrıs Türklərinin varlığının tanıdılmasına görə fəaliyyət göstərəcəkdir.   
Qeyd edək ki, YDP-nin genəl başqanı Erhan Arıklı əslən Azərbaycan Türküdür. Onun babası və mənsub olduğu nəsil sovet rejimi qurulan dönəmlərdə kommunizmə qarşı Borçalıda milli mücadilə aparmışdır.

 

Xudaferin.eu
KKTC, “Lefkoşa Bürosu”

 

 

09:01