Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb
Xudaferin.eu Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kürəkçay müqaviləsinin 215-ci ildönümündə Sosial Tədqiqatlar Mərkəzinin Baş məsləhətçisi, professor Əfqan Vəliyev tərəfindən nadir əlyazma əldə edilərək ictimaiyyətə təqdim edilib. Sənəd göstərir ki, Qarabağda ermənilər yaşamıyıb və sonradan rusların köməyi ilə onlar Qarabağa köçürülüblər.
Sözügedən tarixi toplu Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərinin Qarabağ tarixi barədə farsca yazılmış 123 səhifəlik əlyazmasıdır.
Müəllifin etiraf etdiyi kimi, o, atası Mirzə Camalın “Qarabağ tarixi”ni xülasə edib.
Professor bildirib ki, Rzaqulu bəy atasının yazdığı tarixə bir neçə dəyərli əlavələr etdiyindən izahları ilə birlikdə çap olunmasını məqsədəuyğun biliblər:
“Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq”.
Qeyd edək ki, Azərbaycan xanlıqları içərisində Qarabağ xanlığı maddi və insan ehtiyatlarına, iqtisadi və hərbi qüdrətinə görə xüsusi yer tutur. Qarabağ xanlığının tarixini ayrıca və dərindən tədqiq edilməsi bədnam qonşularımız olan ermənilərin Qarabağın tarixini saxtalışdırmaq cəhdlərini boşa çıxarmaq, Qarabağ ərazisinin əzəldən Azərbaycan torpağı olduğunu sübut etmək üçün çox əhəmiyyətlidir.
İki çap vərəqindən də az olan bu əsər beş hissəyə bölünüb. Əsərin son hissəsində müəllif xanlıqda yaranmış vəziyyət nəticəsində Şuşada Pənahəli xanın qocalığından istifadə edən əyanların bütün idarə işlərini öz əllərinə alaraq iki düşmən dəstəyə bölündüyündən bəhs edir.
Əsərdə 1805-ci il Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay dövrünə qədər əhatəli məlumat da yer alır. Əlyazma 1912-ci ildə təkrarən üz köçürülmə ilə yenilənib və 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin rəhbərləri əlyazmadan daşnaklarla görüşlərdə etibarlı mənbə kimi istifadə edib və mənbə etibarlılıq dərəcəsinə görə bütün erməni iddialarını təkzib etməyə tamamilə yararlı olub.
Mənbə həm də Qarabağda erməniləşmə prosesini göstərən ən ciddi sənədlər toplusu hesab olunur.

Xudaferin.eu
00:27
Digər xəbərlər