Kürdlərin Güney Azərbaycanda törətdikləri soyqırımından 38il ötdü

 

Sulduzda Milli Fəallar Şəhidlərin məzarlarını ziyarət etdilər

1925-ci ildə mehtər Rza Pəhləvi İngiltərə və Sovet Rusiyasının dəstəyi ilə iqtidara gəldikdən sonra Güney Azərbaycanın Batı bölgələrinə, özəlliklə də Urmu vilayətinə kürd axınları siyasətini düzənləmişdir. Bu proses 1978-ci il 23 Bəhmən İnqilabına kimi davam etmişdir. Həmin tarixdə iqtidara gələn və düz 39 ildir mollakratiya rejimi pəhləvilər xanədənlığının Güney Azərbaycanın Batı bölgələrini süni şəkildə “kürdləşdirmə” siyasəti davam etməkdədir. Son 20 ildə Urmu vilayətinə Türkiyə, İraq, Suriya və İranın çeşidli bölgələrindən Urmu vilayətinə köçürülən kürd əhalisinin yarıdan çoxu bölücülük və terror siyasətini yürütmə ideyasına bağlı olan qruplardan iabrət olmuşdur. Bununla yanaşı kürd köçkünlər bölgədə Suriya, İraq və Türkiyədə olduğu kimi, özləri üçün siyasi partiya və digər ictimai qurumlarını yaratmaq hüquqlarını da əldə ediblər. 1979-ci ildə kürdlə İran adlı ölkədə baş verən devrim dönəmində silahlanaraq, qondarma “Kürdüstan” ideyası altında Urmu vilayətinin ən önəmli strateji bölgəsi sayılan Sulduz şəhərində misli görünməyən soyqırım siyasətini yürüdüblər. Bu prosesdə aşırı paniranist siyasi çevrələr də kürd terrorizminə dəstək veriblər. Özəlliklə də “Xalq Mücahidləri Partiyası” və “İran Xalq Partiyası” ən öndə gedən siyasi qüvvələr olublar.

Kürd terrorizminin gücləndirilməsində başlıca hədəf Güney Azərbaycanın Batı bölgəsinin  torpaqlarını işğal etməklə Türkiyə sınırlarına qədər uzantılara malik olan “Kürdüstan” qurmaq olmuşdur. 20 aprel 1979-cu ildə Güney Azərbaycanda silahsız əhaliyə qarşı gözlənilmədən hücimlar edən kürd silahlı birlikləri Sulduz, Urmu, Tufarqan, Makı və digər bölgələrdə saldırılar törətmişlər. Bu qanlı terror eyləmləri zamanı yüzlərlə günahsız soydaşımız qətliam olunmuşlar. Kürd terroristlərinin cinayətkarlığı inanılmaz soyqırım və faciələrə nədən olmuşdur. Kürdlər uşaq, qadın və qoca demədən bir sıra iri kəndlərdə dinc əhalini öldürmüş və cənazələrini doğramışlar. Yaxlaşıq 10 gün sürən bu saldırılara qarşıUrmu şəhərinin gənclərinin silahlanaraq milli dirənişlər göstərməsi nədəni olaraq özəlliklə bölgənin Sulduz şəhərində qətliamların qarşısı alınmışdır. Onu da xatırlamaq gərəkdir ki Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər də kürd terrorizmindən üzücü xəsarətlər almışdır və çoxlu can itkisi olmuşdur. Onu da qeyd etmək gərəkdir ki, bir həftə ərzində kürd terror birləşmələri Sulduz şəhəri daxil olmaqla Güney Azərbaycan bölgələrində iki minə yaxın Türk öldürülüb və çoxlu yaralı və bədən xəsarəti alan türklər olmudur. Tehran mollakratiya rejimi isə Sulduz qətliamına bilərəkdən mudaxilə etməmiş və hətta bölgədəki dövlətə məxsus hərbi bazaların kürd siyasi partiyalarına təslim etmək üçün pərdə arxası anlaşmaları olmuşdur.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

06:13