Bəzi özündənrazı “dil biliciləri” və mətbuat nümayəndələri var ki, min illər ərzində formalaşmış, babalarımızdan bizə miras qalmış ana dilimizi gündən-günə ögey dilə çevirirlər.
“İt tutub” demək əvəzinə “it dişləyib”, “ilan çalıb” demək əvəzinə “ilan sancıb” yazırlar. Bu rusdillilər Azərbaycan türkcəsini eybəvər hala salıblar…
Belə çıxır ki, əgər it adamı “dişləyirsə”, deməli, istəsə adamı “öpə” də bilər, lap belə əlləyədə bilər.
İlan adamı “sancırsa”, onda istəsə adamı “çimdikləyə”, lap istəsə “qıdıqlaya” da bilər!
Ay hörmətli mətbuat nümayəndələri, dil bir tərcümə maşını deyil! Hər rusca ifadəni sözbəsöz çevirib Azərbaycan türkcəsinə soxuşdurmaqla dilimizi zənginləşdirmirsiniz, əksinə, onun təbii ruhunu korlayırsınız.
Ana dilimizə ana kimi yanaşaq! Onu yad dillərin qəlibinə salmayaq, öz dilimizin zənginliyinə, ifadə gözəlliyinə və milli ruhuna hörmət edək.
Əgər hər şeyi rus dilindən tərcümə etmək bu qədər vacibdirsə, onda bu ifadəni də rus dilinə tərcümə edin:
“Kül olsun ölünüzün gözünə!” Bəlkə onda bir az özümüzə gəldik…
Kül olsun ölünüzün gözünə…

Elman Mustafazade
Xudaferin.eu
14:15
Digər xəbərlər