Kreditlərdən də vergi tutulacaq

Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək. “APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib. Onun sözlərinə görə, bu, “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulub: “Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır”.

Xudaferin.eu

16:05