Kredit kartı istifadə edənlər sürətlə azalır

Banklarda kredit kartlarının sayı azalmaqda davam edir. “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, təkcə Sentyabr ayında kredit kartlarının sayı 20 min ədəd azalaraq Avqustun sonundakı 728 min ədəddən 708 minədədə geriləyib. Bu ilin 9 ayı ərzində isə kredit kartlarının sayı 302 min ədəd azalıb. 2015-ci ilin Yanvar ayında bankların kredit kartlarının sayı 1 milyon 322 min ədədə çatmışdı. Həmin vaxtan bəri kredit kartlarının sayı 1,9 dəfəyə yaxın azalıb. Oktybarın 1-nə cəmi ödəniş kartlarının sayı 5 milyon 174 min ədəd təşkil edib. Ödəniş kartlarının 2 milyon 284 min ədədini sosial kartlar, 1 milyon 537 min ədədini əməkhaqqı kartları, 645 ədədini isə digər debet kartları, 708 min ədədini kredit kartları təşkil edib. Sentyabrda digər debet kartları 3 min ədəd azlıb, əməkhaqqı kartları 6 min ədəd, sosial kartlar 79 min ədəd artıb.

Xudaferin.eu

 

11:49