Dünyada baş verən qlobalizm siyasətin tərəfdarları mümkün qədər kölgədə gizlənmək taktikasına üz tutmuşlar. Ona görə ki, milli dövlət olma sisteminin tərəfdarları başda Donald Tramp olmaqla əksər dövlətlərdə hakimiyyətdə təmsil olunurlar. Qlobalçılar və antiqlobalçılar dünyanın siyasi, etnik, iqtisadi və sosial mənzərəsinin maddi tərəflərini hesablayaraq, uzun illərdir bu istiqamətdə barışmaz mövqedə yer almışlar. Anadolu, Qafqaz və Türküstan boyunca ən qorxulu və qəddar siyasətin astar üzü qlobalistlərin gündəmə gətirmək istədikləri “nurçuluq”, “süleymançılıq” və “sələfilik” ideoloji təlimləri olmuşdur. Təməli 1898-ci ildə ABŞ-da Vudri Vilson tərəfindən qoyulmuş bu konsepsiya zamanla gündəmə gətirilərək türkü inkar doktrinası statusunda çıxış edibdir.
Gizlilik nurçuluğun əsas konseptidir
Nurçuluğun təməlini qoymuş Səidi Kürsi bu ideologiyanı din pərdəsi altında “kürdçülük” konsepti ilə gündəmə gətirmişdir. 1909-cu ildən bu ideologiya elə bu biçimdə davam etməkdədir. “Siyasi şiəliy”in təməl prinsipi farsçılığa, “sələfilik”yin ərəbçiliyə xidmət etdiyi kimi, nurçuluq kürdləşdirmək doktrinasını sərgiləyir. Azərbaycanda bu yöndə gizli ideoloji konsept 1980-ci illərdə “Ərzurum səfəri” adı altında baş vermişdir. Bu konsepti keçmiş SSRİ DTK-sının ortaya atmaqda məqsədi imperiyasının dağlacağı təqdirdə Azərbaycanda nurçuluğun yürüşüyünü nəzarətə almaq idi. 1992-ci ilin mayında nurçu hərəkatının lideri Fətullah Gülənin Bakıya gəlişi simvolik məna daşısa da, digər anlamı “artıq nurçular Azərbaycanda sərbəst siyasət yürüdə bilərlər” konseptinə pərçimləndi. Ötən müddət ərzində bu hərəkat Azərbaycanı bir yandan ideoloji, digər yandan iqtisadi sahələrini nəzarətə almaq üçün gizlilik prinsipləri şəklində layihələr həyata keçirdi. Bu gün Fətullah Gülən “Gülən camaatı” adı altında 150 milyard dollara sahibdir. 96 vəkf (fond), 902 dərnək, 9 min 106 şirkət, 1350 məktəb, 17 universitet, minlərlə hazıqlıq kursları və sair bu şəbəkənin bel sütunu sayılır. Həmin paraların tək yerini bilən Fətoşun (F. Gülən) özüdür.
S. Kürdi 1909-cu ildə yazdığı “İki Mektep-i Müsibetin Şahadetamesi Yahut Divani- Örfi ve Said-i Küdr-i” kitabının 44-48-ci səhifələrində açıq şəkildə deyilir: “Ey Assuriya və keyxanilər zamanından cahangirlik və qəhrəmanlıqlar yapmağa layiq olan aslan kürdlər! Bunca yatdığınız yetər. Oyanın. Artıq sabahdır. Yoxsa səhrai vəhşətdə vəhşət və qəflət sizi vəhşət səhrasında yağma edəcəkdir. Kürdlər kimi böyük bir kütləni Tanrı islamiyyəti və dünyanı, Orta Şərqi idarə etmək üçün göndərib”.
Fətoşun uzun illər Azərbaycandakı gizli əli Həyati Küçük adlı birisi olmuşdur. Mənşəcə kürd olan bu şəxs türk kimliyinə o qədər nifrət edirdi ki, onun idarə etdiyi şəbəkələrdə də “Azərbaycanın Türk kimliyinə qarşı milli sapqınlarımız bir o qədər nifrət edirdilər”. İndi onun yetişdirdiyi kadrların çoxu başda ARDNŞ (SOCAR) olmaqla istehsal sektorunu və biznes sahələrini nəzarətə alıblar. Ölkəmizdə süni bahaçılığı məhz bu şəbəkə yaradır. Nurçuların təhsil sistemi gizli, iqtisadi şəbəkəsi gizli, sosial-siyasi fəaliyyətləri gizli, KİV-lərdəki stukturları gizli, mədəni fəaliyyətləri gizli... Gizli...gizli...gizli... Bəs nədən gizli? Ona görə ki, nurçuların gizli hədəflərinin arxa baxçasındakı strategiyanın təməl prinsipi belə tələb edir.
Güney Azərbayca, Quzey Azərbaycan və Anadolunun tən yarısını, Quzey İraq və Güney-Doğu Suriyanı bir araya gətirərək “BÖYÜK KÜRDÜSTAN” xəyalının ideoloji təməl prinsipi “NURÇULUQ” təliminin ana doktrinasıdır. Bu coğrafi məkanda yaşayan türkləri şüuraltı kürdləşdirmə siyasəti həmin hədəflərin başlıca prinsipidir. Nurçuluq bir ideya kimi həm də ermənilərlə birlikdə türklük dəyərlərinə qarşı mücadilə deməkdir. Bu faktı isbatlayan onminlərlə sənədlər mövcuddur. Çünki, Qafqaz, Orta Doğu, Anadolu və Türküstanı bir araya gətirə biləcək tək gücün türklərin olmasını Vudri Vilson çox yaxşı bilirdi. Buna görə də Rusiyadakı “ağqvardiyaçılar hərəkatı”, Fransa və İngiltərənin əli ilə ermənilər silahlandırılaraq adı çəkilən coğrafi bölgələrdə türklərə qarşı tarixin amansız və qəddar soyqırım siyasəti yürüdüldü. Sonradan bu prosesə Səidi Kürsinin “Kürdüstan” ideyası ilə silahlı birlikləri qoşuldular. İlk sınaq Güney Azərbaycanın Urmu vilayətində Binyamin Marşimyo, İsmayıl Simitko (kürd) və Petros İyluyanın komandanlığı altında baş verdi.
Keçmiş Sovetlər Birliyi dağılandan sonra, bu siyasət yenidən gündəmə gətirildi. İlk addım kimi 1993-cü il aprelin 4-də Livanın paytaxtı Beyrutda Fətoşun dəstəyi ilə PKK-nın hərbi təlim düşərgələrinin birində ermənilərin “Hınçak” Patiyası və “ASALA-Erməni Sialhlı İntiqamçılar” təşkilatlarının işbirliyi sazişi imzalandı. Bu, Türkiyənin Güney-Batı , Azərbaycanın Qarabağ və Quzey İraqın Türkman Eli bölgələrində terror eyləmlərinin gücləndirilməsi doktrinasından ibarət idi. Ermənilərin və kürdlərin terror eyləmlərini, soyqırımları idarə etmək, dini-ideoloji baxımdan isə türk xalqlarının qafasını yumaq nurçuluğun ana hədəflərindən birinə çevrildi. Bu hədəflər Pensilvaniyadakı “FETÖ”-nün (Fətullah Gülən) “Qloballaşan Dünya Mərkəzi”nin gizli planlarının mərkəzi idi.
Bakını ələ almaq FETÖ siyasətinin təməl prinsipidir
PKK terror örgütünün lideri Abdulla Öcalanın “Devrimin dili ve eylemi” kitabında açıq şəkidə qeyd olunur ki: “Bizlər əgər terror siyasətini gücləndiririksə, elə həmin anda da nurçuluq, süleymançılıq, qaplançılıq, yusifiyyəçilik də paralel şəkildə ideoloji düzənlə güclənir”.
Bu konseptin tərkib hissəsi isə, beyinyuma siyasətinin ayrılmaz parçasıdır. Çünki dini təriqət və məzhəblər adı altında yuyulan beyinlər sonradan onların qurmuş olduğu iri ticarət mərkəzlərində yerləşdirilirlər. Bütün bunlar azmış kimi, dövlət işlərində və ən iri iqtisadi layihələrdə mövqelərdə təmsil olunmaları üçün addım atırlar. Təbii olaraq, bu kadrlar hər bir sektorda çalışanlar “imam xətib”lərə tabedirlər. Çünki, “imam”lar Fətoşun gizli komandirləri hesab olunurlar.
Fetullah Gülənin idarəçiliyi altında “PKK”, “İttihadçılar”, “Eczməndçilər”, “Konseyçilər” və digər qruplar ona görə də Azərbaycanda ən üstün zümrə hesab olunurlar. Onlar maliyyə baxımından daha çox imkanlıdırlar. Bu təşkilatların əsas ideoloji mərkəzi “İBDA-C” adlı qurumdur. Mərkəzin başlıca hədəfi Azərbaycanda “paralel dövlət” qurmaqdır. Hissiz, duyğusuz, millətinə dönük, beş-üş quruş üçün canını və vətənini satmağa çalışan bu cameəni Fətoş idarə etməklə daha üstün məqamları işğal etmək üçün çabalayır. Buna görə də TÜSİAB - Türkiyə Sənayeçi və İş adamları Birliyinin çevrəsində 230-dan çox şirkət birləşib. Onlar sənaye və emal, telekomunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft və qaz kimi sektorlarda daha çevik fəaliyyət göstərirlər. Bu şirkətlərdə 50 min nəfərdən artıq insan çalışır. 5 milyard dollara yaxın sərmayəyə malikdirlər. "ARAL Group" şirkətlər qrupuna "Falez MMC", "İnkom MMC", Elif MTK", "Yusuf MTK", "Esra Plaza", "Babək MTK" kimi şirkətlər daxildir. Bu holdinqin toplam sərmayəsi 400 milyon dollardır. Təhsil sektorunda nurçuların əsas dayaq nöqtəsi “Damla LTD” şirkəti tərəfindən idarə olunan sistemdir. Çünki, tələbələri nurçuluq ideyasının şəbəkəsinə cəlb etməklə həmin kadrlar Fətoşun cameəsində təmsil olunmaları üçün onlara imkanlar yaradılır. Bundan əlavə, restoranlar şəbəkəsi, əczaçılıq şəbəkəsi də nurçuların ümumi şəkildə biznes imperiyasının strukturları sayılırlar. Fətoşa yaxın olan analtik mərkəzlərdən birinin hesablamalarına görə, onların Azərbaycandakı biznes şəbəkəsinin ən azından 10 milyard dollarlıq maliyyə payları vardır.
Böyük hədəflərdə Fətoş və ARDNŞ
Ölkəmizdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) adı ilə bilinən və xaricdə SOCAR adı ilə tanınan, dövlətin bel sütunu olan bu strukturda Fətoşun xüsusi olaraq təqdim etdiyi və uzun müddət yetişdirdiyi kadrlarla bağlı ölkə KİV-lərində gedən informasiyalara, təhlillərə bircə dəfə də olsun bu qurum tərəfindən təkzib açıqlanmayıb. Bizlər bu barədə bütün bilgiləri Türkiyənin KİV-lərindən almaq zorundayıq. Belə ki, qardaş ölkədə nəşr olunan “Sabah” qəzeti 2015-ci il oktyabrında açıq şəkildə qeyd edir ki: “Azərbaycanın SOCAR şirkətinin Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini hazırda AKP hökumətinin “terror təşkilatı” kimi tanıdığı Fətullah Gülən camaatının adamıdır.” Qəzetin icmalında o da qeyd olunur ki: “Fətullahçılar paralel dövlət strategiyası ilə SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Onların əsas məqsədi Azərbaycan və Türkiyədə hakimiyyəti ələ almaqdır”.
SOCAR-ın maliyyə dəstəyi ilə nurçulara bağlı “Çağ Öyrətim” şirkətinə məxsus təhsil ocaqlarının təmir olunması, orada dərs deyən müəllimlərə yüksək səviyyədə maaşların verilməsi, onların təhsil sektorunda reklam edilməsi kimi məsələlər də təkzib olunmayıb. “SOCAR Turkey”in strukturuna “Petkim”, “STAR Rafineri”, “Petlim”, “SOCAR Fiber”, “SOCAR Dagitim”, “SOCAR Depolama” kimi şirkətlər daxildir. Əslində bu şirkətlər bir yandan Azərbaycanın, digər yandan isə Qazaxstan və Türkmənistanın nefti sayəsində heç bir alın təri tökmədən milyonlar qazanan şəbəkəyə çevriliblər. Əldə etdikləri gəlirin böyük hissəsi birbaşa “Gülənçi Hərəkatı”nın güclənməsinə sərf olunur. SOCAR-ın törəmə şirkəti həmçinin TANAP layihəsində bu şirkətlərin böyük payları var. Beləliklə də köstəbək kimi gəmirici bir siyasəti düzənləməklə nurçular SOCAR-ın sayəsində milyonlara... milyardlara sahib olmaqla Azərbaycan və Türkiyəni çökdürmək taktikasını sərgiləyirlər.
Son üç ildə başda ABŞ olmaqla dünya çapında qlobalistlərlə milli dövlət siyasəti yürüdən güclər arasında soyuq savaş yaşanılır. Tərəflər mövqelərini əldən verməmək üçün intriqaların bütün çalarlarını açıq şəkildə ortaya qoyublar. İndiki məqamda milli dövlət tərəfdarlarının hakimiyyət mövqeyi güclü olduğu üçün onlar bir sıra uğurlara imza atıblar. SOCAR-ın Türkiyədəki şəbəkəsinin darmadağın edilməsi də məhz buradan qaynaqlanır. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sağ əli və etibarlı kadrı sayılan, bu dövlət şirkətinin xarici sərmayələr idarəsinin rəisi, “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin oğlunun İsveçrə banklarındakı hesabında 28 milyon dollar vəsaitin dondurulmasının sirri bundadır. Bir sıra kadrların Türkiyə üzrə təmsilçisi statusu ilə bilinən üzvlərinin sıxışdırılması prosesi də məhz buradan qaynaqlanır. Fətullahçıların Azərbaycandakı kadrlarının SOCAR-dan nə zaman uzaqlaşdırılacağı hələ ki, sual altındadır.
Köstəbək kimi kölgədə gizlənmiş nurçuluq

Vudri Vilson Pensilvaniyada nələri planlaşdırmışdı?

Tuğay Gəncəli
23:10
Digər xəbərlər