Koronavirus daha aqressiv formada mutasiya etdi

Çin alimlərinin beynəlxalq “Social Science Research Network” juralında yayımladığı məqaləyə əssən, onlar yeni növ koronavirusun – COVID-19 (əvvəlki adı: 2019-nCoV) daha aqressiv formada yenidən mutasiya etdiyini aşkar ediblər. Aparılan tədqiqatların nəticələrinə görə, Çin Xalq Respublikası üzrə yanvar ayının ilk ongünlüyündə yoluxanlarla fevral ayında yoluxanlar arasında böyük fərq mövcud olmuşdur.

Belə ki, yeni yoluxanlar, əvvəlkilər kimi xəstəliyi simptomsuz, yəni yüksək hərarət, öskürək, başağrı, ümumi halsızlıq, sürətli və kəskin nəfəsalmalar olmadan keçirirlər. Bu isə xəstəliyi aşkarlamağaı, ümumiyyətlə müalicə aparmağı mümkünsüz edir. Yeni yoluxanlar xəstəliyi daha gizlin keçirir.

Məqalə müəllifləri onu da qeyd edirlər ki, koronavirus çox çevik dəyişkənliyə uğramaq qabiliyyətinə malikdir, onlar artıq virusun üçüncü və dördüncü nəslə mutasiya etdiyini aşkar etmişlər.

Bu arada ABŞ tədqiqatçıları müəyyən etmişlər ki, bir şəxs eyni zamanda virusun hər iki formasına yoluxa bilər.

Tədqiqatçılar virusun yarasadan keçməsini də bir daha təsdiqləyiblər. Vəhşi təbiətdə yaşayan heyvanları xəstələndirən viruslar da yaşadıqları orqanizmə uyğun olaraq daha vəhşi, aqressiv və dayanıqlı olduğu üçün bu viruslarla insan müdafiə oluna bilmir.

Çin alimlərinin impak-faktorlu və nüfuzlu “National Science Review” jurnalında dərc etdikləri elmi məqaləyə əsasən, koronavirusun molekulyar fərqlilikdə hələlik iki əsas xətt üzrə inkişaf edir:

  • L-tipi – orjinaldır, yoluxucu xarakter daşıyır və orqanizmi tədricən zəiflədib həyati əhəmiyyətli orqanları sırdana çıxarır.
  • S-tipi – daha aqressivdir və yoluxuculuq qabiliyyəti çox yüksəkdir.

Lakin tədqiqatçılar azyaşlı uşaqların bu xəstəliyə daha az yoluxma səbəbini hələ ki, elmi surətdə əsaslandırmaqda çətinlik çəkirlər. Virus sanki körpələrə toxunmadan ötüb keçir. Rusiyalı həkim-kardioloq, həmçinin “Rossiya-1” telekanalının aparıcısı Aleksandr Myasnikov çıxışında bildirib ki, azyaşlı körpələrdə virus özünü simptomsuz göstərir, bu isə onların bu xəstəliyə yoluxmadığı anlamına gəlməz. Beləliklə, uşaqlar sadəcə bu xəstəliyin daşıyıcısı olurlar və onu böyüklərə ötürürlər. /veteran.az/

16:59