Koreya səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan diplomatiya seminarı keçirəcək

İyulun 3-də ADA Universitetində Koreya Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ictimai-siyasi diplomatiya seminarı təşkil ediləcək. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Koreya Respublikasının Azərbaycandakı səfirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək seminarda ölkələrimiz arasında əməkdaşlığın artırılması yolları, Koreya yarımadası və Şimali Koreya məsələsinə aid koreyalı və azərbaycanlı mütəxəssislərin çıxışları dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.

AZƏRTAC

16:53