Konfrans Qarabağda məhv edilən maddi-mədəni irsin təbliğinə həsr edilib
Gəncədə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi – mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
Gənclər Evində baş tutan konfransın əsas məqsədi işğal altında olan Qarabağın maddi- mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların elektron vasitələr ilə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ olunması, gənclərin və gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin – mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında rolunun artırılmasıdır. Konfransı layihənin rəhbəri “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov açaraq, bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Ermənilərin bu hüquqa zidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurslarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin də rolu böyükdür. Konfrans çərçivəsində Ermənistanın işğalı nəticəsində Qarabağın maddi – mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında məruzələr edilib, müzakirələr aparılıb. “Qafqaz Albaniyası- gecikmiş həqiqətlər” sənədli filmi nümayiş edilib, konfrans iştirakçılarına bukletlər təqdim olunub.

Hicran Məmmədova
Gəncə
09:16
Digər xəbərlər