Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb

Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb.

Xudaferin.eu Report-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Qəza Riskləri Milli İdarəsinin məlumatında bildirilir.

Bundan əvvəl ölənlərin 314 nəfər olduğu bildirilirdi. Qurbanlar arasında 118 uşaq var. Daha 332 nəfər yaralanıb. 269 meyit dəfn edilməsi üçün yaxınlarına təhvil verilib.

Aprelin 1-nə keçən gecə leysan yağışlar nəticəsində məcrasından çıxan Mokoa, Sanqoyako və Mulatos çayları Mokoa şəhərində sel axını yaradıb. Nəticədə şəhərə ciddi ziyan dəyib.

Hazırda şəhərin dağıntılardan və palçıqdan təmizlənməsi üzrə işlər davam etdirilir.

Xudaferin.eu

13:07