Kolumbiyada 7 min “maoist” üsyançı silahını təhvil verir

 

“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” qruplaşmasının təxminən 7 min üzvü BMT-nin nəzarəti altında silahlarını təhvil vermək üçün ölkə ərazisində yaradılan xüsusi zonalara gəlib. Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Haq məlumat verib.

Maoist üsyançıların könüllü şəkildə silahlarını təhvil verməsini tarixi hadisə adlandıran missiyanın başçısı general Havyer Peres Akinonun sözlərinə görə, bu, “silahlı toqquşmaların mümkünlüyünü xeyli azaldır”.

Xatırladaq ki, Kolumbiya hökuməti və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” 2016-cı il noyabrın 24-də yarım əsrlik silahlı qarşıdurmaya son qoyan sülh sazişi imzalayıblar. Noyabrın 30-da sənəd Konqres tərəfindən təsdiqlənib, dekabrın 1-də isə üsyançıların beynəlxalq monitorinq missiyasının nəzarəti altında silahlarını təhvil verməsini nəzərdə tutan razılaşmaya start verilib. Bundan sonra qruplaşma öz fəaliyyətini dayandıracaq və onun əsasında siyasi hərəkat qurulacaq.
Ötən yüzilin 60-cı illərindən etibarən Güney Amerika ölkələrində ABŞ siyasətinə qarşı Çin tərəfindən idarə olunan “maoist sol hərəkatı” dəbdə olub. İdeya baxımından marksizmi təbliğ edən Güney Amerika sol hərəkatı daha çox silahlı üsyan yolu ilə yerli hakimiyyətləri ələ keçirməyi hədəf seçmişlər. 1991-ci ildə keçmiş Sovetlər Birliyinin çökməsi və bunun ardınca “Soyuq Savaş”ın bitməsi sonucu olaraq, dünyada mövcud olan sol hərəkatlar da tədricən çökməyə başladılar. Bunun ardınca isə, solçu hərəkatlar özlərini maliyyələşdirmək və silahlı qüvvələrini qorumaq üçün narkobiznes sahəsinə üz tutmalı oldular. Beləliklə də onlara yerli xalqların olan inamları da tədricən azalmağa başladı. Son illər Güney Amerika dövlətlərində, özəlliklə də Kolumbiya, Çili, Venesuela, Paraqvay, Argentina, Peru, Meksika və digər ölkələrdə artıq sol hərəkatın sonu bitmiş hesab olunur.

Xudaferin.eu
“Analitik Mərkəzi” 

 

10:00