Kolumbiyada 30 nəfəri öldürən yeniyetmə həbs edilib

Kolumbiyada 30 nəfəri qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı “Körpə Bob” ləqəbli yeniyetmə həbs edilib.

Xudaferin.eu Trend-ə istinadən xəbər verir ki, “Körpə Bob” Kali şəhərində cinayətkarlar dəstəsinin üzvü olub.

Məlumata əsasən, o, 12 yaşından insan öldürməyə başlayıb.

Törədilən cinayətlərin ağırlığına baxmayaraq, qatil, yəqin ki, minimal cəza alacaq. Kolumbiyanın qanunlarına görə, yetkinlik yaşına çatmayanlar üçün maksimum həbs cəzası 8 il təşkil edir.

15:05