Köçkünlər müavinətdən İMTİNA ETDİ

Bəzi məcburi köçkünlər onlara ayrılmış müavinətdən imtina edib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Dövlətqaçqınkoma əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub.

“Komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir. Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, Dövlətqaçqınkoma edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir”.

Hurriyyet.org 

09:29