Koalisiya Yəməndə tibbi yardım avtomobillərini bombaladı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiya təyyarələri Yəmənin Hodeyda şəhərində təcili tibbi yardım avtomobillərinə dəqiq zərbələr endirib.

Xudaferin.eu “RİA Novosti”yə istinadla xəbər verir ki, məlumatı husilər hökumətinin Səhiyyə nazirliyinin nümayəndəsi yayıb.

Bomba zərbələri nəticəsində 42 nəfər həlak olub. Onların böyük əksəriyyəti dinc sakinlərdir.

Beynəlxalq Qırmışı Xaç Komitəsi “Twitter” səhifəsində hadisə zamanı yaralanın 50 nəfərə yardım göstərilməsi üçün tibbi ləvazimat və sarğı materialları göndərəcəyi barədə məlumat yerləşdirib.

Koalisiya qüvvələri sözügdən bombardmana heç bir şərh verməyib.

Xudaferin.eu

11:57